12.03.2025
Ağstafada Xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr olunmuş "Qəlblərdə yaşayan şair- Səməd Vurğun" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə kitabxana və mədəniyyət mərkəzinin əməkdaşları, fəal oxucular, şəhər ictimaiyyətinin bir qrup nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər xalq şairinin həyat və yaradıcılığından, keçdiyi çətin və keşməkeşli həyat yollarından bəhs edilib. Oxucuların və əməkdaşların ifasında şairin şeirləri səsləndirilib.
Sonda Aşıq İradə və Məhəmməd Budaqovun ifasında Səməd Vurğunun şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
#QazaxTovuzRMİ #SəmədVurğun #mədəniyyət #ədəbiyyat